2020-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb.

Bu barədə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 11,7 dəfə artıb.

İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 100 Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 4 288 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 50,2 faiz azdır.

.