Zəlzələlər nəticəsində dağılan və ya inşaat qaydalarının pozulduğu təsbit edilən binalarla bağlı Türkiyə Baş Prokurorluğu tərəfindən başladılan araşdırmalarda 1068 şübhəlinin məsuliyyəti müəyyən edilib.

Saxlanılanların 269-u həbs edilib, 320 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib.

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

.