Türkiyədə prezident seçkiləri ilə bağlı qutuların 100 faizi açılıb.

Bu barədə “Anadolu” rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, prezident seçkiləri ilə bağlı qutuların 100 faizi açılıb, parlamentlə bağlı isə 99 faiz qutular açılaraq sistemə daxil edilib.

“Cümhur İttifaqı”nın namizədi, AK Partiyanın lideri Rəcəb Tayyib Ərdoğan seçicilərin 49.24 faiz (26 085 999) səsini alıb. “Millət İttifaqı”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğlu isə 45.06 faiz (23 869 863) səs toplayıb.

Digər namizədlər Sinan Oğan 5,28 faiz, yəni 2 796 379 səs, Muharrəm İncə isə 0,42 faiz (220 133) səs ala bilib.

.