Türkiyədə qanunsuz yollarla Azərbaycan, Suriya, İran və İraqa dərman vasitələri satmağa çalışan şəxslər tutulub.

Türkiyənin Daxili İşlər Nazirliyi verdiyi xəbərə görə, mərkəzi Adana olmaqla 11 vilayətdə əməliyyat-axtarış tədbirləri keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Adana Vilayəti Səhiyyə İdarəsinin müdir müavini, 4 həkim, 2 səhiyyə işçisi, 2 bioloq, 9 əczaçı, dərman şirkətinin 13 əməkdaşı olmaqla, ümumilikdə 46 nəfər tutulub.

Bildirilib ki, onkoloji xəstələrin müalicəsində istifadə edilməli olan dərmanlar müvafiq məqsədlər üçün istifadə edilməyib. Saxlanılan şəxslər qanunsuz yollarla dərmanları Azərbaycan, Suriya, İran və İraqa satmağa cəhd göstəriblər.

Araşdırmada zamanı məlum olub ki, təqsirləndirilən şəxslər öz aralarında 12 milyon lira məbləğində pul transferi həyata keçiriblər.

.