Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Yunanıstan xarici işlər naziri Nikos Dendias arasında telefon danışığı olub.

Bu barədə nazir Dendias "Twitter" hesabında bildirib.

Telefon danışığı zamanı Türkiyə XİN başçısı həmkarına Tempidə qəzada həlak olanlardan birinin atasının Yunanıstana ekstradisiyası ilə bağlı qarşı tərəfin müraciətinin müsbət cavablandırıldığı barədə məlumat verib.

Xarici işlər naziri Nikos Dendias Türkiyənin müsbət və sürətli cavabına görə həmkarına təşəkkür edib. Qərar Türkiyənin ədliyyə naziri tərəfindən imzalanıb.

.