Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhani arasında teıefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti administrasiyası məlumat yayıb.

Məlumata görə, danışıqlar zamanı ikitərəfli əlaqələr, o cümlədən iqtisadi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq, habelə regional məsələlər müzakirə edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-İran əlaqələrinin gücləndirilməsinə dair iradəni müdafiə etdiyini bildirib. O, ABŞ-ın yeni rəhbərliyinin İrana qarşı birtərəfli sanksiyalarının aradan qaldırılması ilə bağlı istəyini ifadə edərək, son günlər bu mövzu ilə bağlı açıqlamaların problemin həlli ilə bağlı yeni imkanlar yaratdığını bildirib.

.