Heydər Əliyev Azərbaycanın müstəqilliyinin yaradıcısı, müasir Azərbaycanın memarı, dayanıqlı və davamlı iqtisadiyyatın müəllifidir.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O bildirib ki, Heydər Əliyev həm də türkçülük anlayışı və uzaqgörənliliyi ilə örnək bir liderdir:

“Bu gün Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məzarını ziyarət etdik, ruhuna rəhmət dilədik. Şübhəsiz ki, Heydər Əliyev Azərbaycanı güclü dövlətə çevirən idealların müəllifi kimi tanınır. Onun 30 illik mübarizəsinə Azərbaycanla yanaşı türk xalqı da şahiddir. Ulu öndərin bir millət iki dövlət anlayışı bu gün daha da möhkəmlənib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə bir millət iki dövlət anlayışı tək millət tək yumruq anlayışına çevrilib. Bu da bizə Heydər Əliyevdən qalan və möhkəmləndirdiyimiz mirasdır. Şübhəsiz ki, Heydər Əliyevin tək millət anlayışı ən önəmlisi də Qarabağ zəfəri sonrasında Şuşa Bəyənnaməsi ilə özünü daha da sübut etdi. Bir daha Üummilli lideri 100 illik yubileyi münasibətilə ehtiramla yad edirik.”

.