2021-ci ilin iyun ayında Azərbaycanla Türkiyə arasında imzalanan "Qarabağ Kənd təsərrüfatı, Meşə planı" Türkiyənin iştirakı ilə hazırlanıb. Bu plan sadəcə Qarabağın deyil, Azərbaycanın kənd təsərrüfatı, meşə, su və bütün sahələrdə dəstək verən çox sayda təlim və layihəni özündə ehtiva edən vacib və detallı işbirliyi çalışmasıdır.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Agro Business Forum Azerbaijan-2023" forum-sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib.

“Xüsusilə son bir il ərzində 40-dan artıq qarşılıqlı səfərlər təşkil edilib. Ümid edirəm ki, Qarabağ və Azərbaycanın ehtiyatları ən yaxşı şəkildə istifadə olunaraq, başda kənd təsərrüfatı sahəsi olmaqla Azərbaycanın iqtisadiyyatına güc verəcək. Türkiyədən 55 şirkət bu forumda iştirak edir. Forumun xeyirli, bərəkətli olmasını arzu edirəm”, - səfir qeyd edib.

.