“Türkiyə hər zaman haqlı mübarizəsində hər zaman Azərbaycanı dəstəkləyib və dəstəkləyir. Qarabağ Azərbaycan torpağıdır”.

Bunu jurnalistlərə açıqlamasında Ermənistanın Azərbaycanla sülh danışıqlarında birmənalı mövqe sərgiləməməsinə münasibət bildirən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib.

Səfir deyib ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatıb: “Bundan sonra bölgənin rifahını, təhlükəsizliyini, gələcəyini müzakirə etmək lazımdır. Bunun üçün də müzakirə masasına dönmək və sülh barədə müzakirə aparmaq lazımdır. Sülhü müzakirə etməliyik və mən bunun reallaşacağına da inanıram”.

.