Türkiyə, Rusiya və Suriya xarici işlər nazirlərinin görüşünün gələn həftə baş tutacağına dair məlumatlar doğru deyil.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Rusiya bu tarixləri təklif edib, lakin Türkiyə tərəfi bunu təsdiqləməyib.

Çavuşoğlu üçtərəfli görüşün fevralın əvvəli və ya başqa tarixdə keçirilə biləcəyini istisna etmədiyini vurğulayıb. Lakin, onun sözlərinə görə, görüşün dəqiq tarixi hələ bəlli deyil.

.