Malazgird döyüşündən indiyədək Anadoludakı varlığımızın hər günü bizə bu Vətəni çox görənlərin hücum və təxribatlarına qarşı mübarizə aparmaqla keçib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Sərhədlərimizin o tayındakı azərbaycanlı qardaşlarımızın torpaqlarının 30 il ərzində işğal altında qalmasına göz yumulmasının səbəbi də məhz bununla bağlı idi. Bölgə ölkələrinin bu tələdən qurtulmasının yolu sadəcə birlik və əməkdaşlıqdan keçir… Zəngəzur dəhlizinin açılması isə Ağrı əyalətinin sosial və iqtisadi vəziyyətini yaxşılaşdıracaq”, - Türkiyə Prezidenti vurğulayıb.

.