“Qarabağda təhlükəsizlik və sabitliyin bərpasına yardım etməliyik”.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısında deyib.

“30 illik işğaldan qalan dağıntıları birlikdə aradan qaldırmalıyıq. Bu müddətdə təşkilat olaraq Azərbaycanla tam həmrəylik nümayiş etdirəcəyimizə inanıram”, - deyə o vurğulayıb.

Ərdoğan: “Azərbaycan Qarabağı dastanlara yazılacaq zəfərlə azad etdi”

Azərbaycan erməni işğalı altındakı torpaqlarını dastanlara yazılacaq zəfərlə azad etdi.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısında deyib.

O qeyd edib ki, Azərbaycan bununla da bölgədə yeni mərhələnin qapılarını açıb.

Ərdoğan: “Ermənistanın sülh istiqamətində addım atacağına ümid edirik”

“Ermənistanın sülh istiqamətində atacağı addımlarla regional sabitliyin bir parçası olacağına ümid edirik”.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısında deyib.

“Xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm”, - deyə Ərdoğan qeyd edib.

.