Taxıl dəhlizi ilə bağlı problem aradan qaldırılıb.

 “Milliyət” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Türkiyənin təşəbbüsləri nəticəsində maneələr aradan qalxıb və yoxlamalar davam etdirilir.

Ukraynanın İnfrastruktur Nazirliyi daha əvvəl bildirmişdi ki, Rusiya “Taxıl sazişi”nin icrası ilə bağlı müddəaları pozub.

Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, ötən ilin noyabrında isə eyni müddətə uzadılıb. Taxıl müqaviləsinin müddəti mayın 18-də başa çatacaq.

.