Türkiyə 2018-2022-ci illərdə dünyanın ən çox silah ixrac edən ölkələri arasında 12-ci pillədə qərarlaşıb.

Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında bildirilib.

Qeyd edilib ki, hesabat dövründə Türkiyənin qlobal silah ixracındakı payı 1,1 faiz təşkil edib.

2018-2022-ci ildə Türkiyənin ən çox silah ixrac etdiyi ölkə Qətər olub. Bu dövrdə Türkiyənin ümumi silah ixracının 20%-i Qətərin payına düşüb. İkinci və üçüncü pillələrdə isə BƏƏ (17%) və Oman (13%) qərarlaşıb. 2018-2022-ci illərdə Türkiyə qlobal silah ixracında Kanada, İsveç, Avstraliya, Polşa, Belarus, Norveç, Cənubi Afrika Respublikası, kimi ölkələri geridə qoyub.

.