“Bugünkü iclasda çox məhsuldar və səmərəli müzakirələrimiz oldu”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, 2019-cu ildən oktyabrından Türk Şurasına Azərbaycan Respublikası sədrlik edir: “2019-cu ilin oktyabrında Türk Şurasının Bakıda keçirilən Zirvə Toplantısında çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan Respublikası sədr ölkə kimi bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istiqamətində səylərini göstərəcək. Bu niyyətlə də Azərbaycan bu gün keçirilən tədbirə ev sahibliyi edərək Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da institutlaşdırılmasının, daha da sistemləşdirilməsinin tərəfdarıdır. Bu günə kimi yaxşı təşəbbüslər olub. Amma qənaətlərdən biri də ondan ibarətdir ki, Media Koordinasiya Komitəsi yaradılmalıdır”.

Türk Şurası ölkələrinə aid xəbərlərin illik monitorinqi aparılacaq

“Fikrimiz odur ki, Türk Şurası çərçivəsində media platforması yaradılsın”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Televiziya və radio şuraları qarşısında tapşırıq qoyuldu ki, Türk Şurası ölkələrinə aid xəbərlərin işıqlandırılmasının illik monitorinqi aparılsın. Bu sahədə işin təkmilləşdirilməsinə ehtiyac var”, - deyə o vurğulayıb.

.