Qoşulmama Hərəkatı beynəlxalq münasibətlər sistemində mühüm rola malik təsisatdır. Azərbaycanın sədrliyi dövründə Hərəkatın BMT Baş Assambleyasında və ümumiyyətlə, beynəlxalq münasibətlərdə rolu daha da güclənib.

Bu fikirləri BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə söyləyib.

Hərəkatın təsisatlanması üçün Azərbaycanın praktiki təkliflərlə çıxış etdiyini vurğulayan Tsaba Körösi, həmçinin BMT Baş Assambleyasına həm maliyyə nöqteyi-nəzərindən, həm də kadrlar vasitəsilə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. O, Baş Assambleyanın ofisində azərbaycanlı mütəxəssisin də çalışmasını müsbət amil kimi dəyərləndirib.

.