ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2016-cı ildə keçirilən seçkilərdə Rusiya ilə əlaqələrinə dair sübutlarına dair məsələyə münasibət bildirib.

Bu barədə o, “Truth Social”da paylaşım edib.

O bildirib ki, bununla bağlı heç bir sübut yoxdur və bu məsələdə amerikalılar aldanıb.

“Geniş araşdırmalardan sonra xüsusi prokuror Con Durham belə qənaətə gəlir ki, FTB heç vaxt Tramp və Rusiyaya qarşı araşdırma başlatmamalı idi! Başqa sözlə, Amerika ictimaiyyəti aldadılıb”, – deyə Tramp paylaşımında yazıb.

.