ABŞ Prezidenti Donald Tramp dərmanların qiymətinin aşağı salınmasına yönəlmiş sərəncam imzalayacaq.

Bu barədə “The Hill” nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, sərəncamın təfərrüatı hələ məlum deyil və hökumət öz planlarını dəyişə də bilər.

Qəzet yazır ki, tələsik imzalanan sərəncam qarşıdan gələn prezident seçkiləri ilə əlaqədardır.

Belə ki, tibbi sığorta haqqında qanunun ləğvinə dəstək verən D.Tramp yuxarıda qeyd olunan sərəncam vasitəsilə nüfuzunu bərpa etməyə cəhd göstərir.

.