ABŞ-nin 45-ci prezidenti Donald Tramp 2024-cü ildə ölkə prezidentliyinə ən populyar namizəd olub.

Bu barədə Mühafizəkar Siyasi Fəaliyyət Konfransının (MSFK) keçirdiyi anonim sorğunun rəylərindən məlum olub.

O, səslərin 62 %-ni, Florida qubernatoru Ron Desantis isə 20 %-ni toplayıb.

Üçüncü yeri 5 % səslə iş adamı Perri Conson tutub və o, martın 3-də ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan edib.

“FOX News” qeyd edib ki, 2016-cı ildən sonra MSFK Amerika mediasında Donald Trampın yekdil dəstəyinə görə “Trampfest” adlandırılıb.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Ron Desantis hələlik namizədliyini açıqlamasa da, respublikaçı siyasətçilər arasında Donald Trampın ən ciddi potensial rəqibi kimi qiymətləndirilir.

.