ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinin ABŞ-ın hərbi gücünə qısqanclıqla yanaşdıqlarını bəyan edib.

Bununla bağlı “İnterfax” agentliyi məlumat yayıb.

Viskonsi ştatında seçiciləri önündə danışan Tramp yenidən prezident seçiləcəyi təqdirdə komandası ilə birlikdə ABŞ-ı dünyanın ən böyük əmtəə istehsalçısı edəcəyinə və Çindən asılılığına son qoyacağına söz verib.

“Bizim dünyada ən yaxşı silahlı qüvvələrimiz var. Rusiya və Çin bizə həsəd aparır. Heç kim bizim buna qadir olduğumuzu düşünmürdü, amma bunlar hamısı ABŞ-da hazırlanıb.

Nüvə silahımız ən yaxşı vəziyyətdədir. Ümid edirəm, sadəcə, ümid edirəm ki, onu istifadə etmək məcburiyyətində qalmayacağıq”, - deyə Ağ Ev başçısı bildirib.

.