ABŞ Prezidenti Donald Trampın keçmiş şəxsi vəkili Maykl Koen koronavirus pandemiyası ilə əlaqədar həbsxanadan vaxtından əvvəl azad olunacaq.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, M.Koen 2021-ci ilin noyabr ayında bitəcək cəzasının qalan hissəsini öz evində çəkəcək.

Məhkəmə vəkili seçki kampaniyasında qanunları pozduğuna görə üç il müddətində azadlıqdan məhrum etmişdi.

M.Koenin cəza çəkdiyi həbsxanada 14 məhbusun və yeddi əməkdaşın koronavirus testi müsbət çıxıb.

.