Tovuz rayon sakininin güllə yarası almasının səbəbi məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun əməkdaşı Eşqin Qasımovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Quliyev Kamal Knyaz oğlu ehtiyatsızlıqdan güllə yarası alıb. Hadisəni törəsən şəxs 1995-ci il təvəllüdlü Muradov Murad Nəriman oğludur. O, polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

.