Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə səfər edəcək.

Bu barədə Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 3 iyunda bu ölkəyə işgüzar səfərə yola düşəcək və səfər çərçivəsində Qazaxıstan lideri Türkiyə Prezidentinin andiçmə mərasimində iştirak edəcək.

.