Avropa İttifaqı (Aİ) bütün Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyinin təmin edilməsinə qətiyyətlə sadiqdir.

Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi mümayəndəsi Toivo Klaar Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili ilə görüşdən sonra bildirib.

O qeyd edib ki, tərəflər görüş zamanı regional təhlükəsizlik məsələlərini müzakirə ediblər: “Biz bütün regionda sülhün və təhlükəsizliyin inkişaf etdirilməsində maraqlıyıq və bunun iştirakçısıyıq. Mən ümid edirəm ki, Avropa İttifaqının bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyinin gücləndirilməsinə qətiyyətlə sadiq olduğunu nümayiş etdirə bilmişəm”.

.