Təşkilatçılar Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarını ləğv etməyi düşünmür və koronavirus kontekstində bütün təhlükəsizlik tədbirləri nəzərə alınmaqla olimpiadanı keçirmək istəyirlər.

Bu barədə Təşkilat Komitəsinin sədri Seyko Hasimoto ölkənin Liberal Demokrat Partiyasının baş katibi Tosihiro Nikainin açıqlamasına münasibət bildirərkən deyib.

Nikai pandemiya pisləşəcəyi təqdirdə, Tokio olimpiadasının ləğv edilmə ehtimalının olduğunu söyləyib.

Qeyd edək ki, Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

.