Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində minaya düşən 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin son vəziyyəti açıqlanıb.

Bu barədə  Bərdə rayon Mərkəzi xəstəxanasının Cərrahiyə şöbəsinin müdiri Bəhruz Abbasov məlumat verib.

O qeyd edib ki, Y.Hadiyev bu gün səhər saatlarında Tərtər rayon Mərkəzi xəstəxanasından təcili yardım avtomobili ilə Bərdə rayon Mərkəzi xəstəxanasına gətirilib.

“Xəstə mina partlaması nəticəsində xəsarətlər alıb və xəsarətləri sol aşağı ətrafın pəncə nayihəsinin travmatik amputasiyasıdır. Xəstəyə ilkin yardım olundu və əməliyyata alındı. Əməliyyat uğurla keçdi, hal hazırda xəstənin vəziyyəti orta ağır stabildir, müalicəsi davam etdirilir”, - deyə o qeyd edib.

Qeyd edək ki, Vətən Müharibəsindən sonra ümumilikdə 284 nəfər minaya düşüb, onlardan 130 nəfər mülki şəxs, 154 nəfər hərbi qulluqçudur.

.