Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq, məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Hacıqərvənd kənd sakini Ramal Mehdiyev saxlanılıb.

R.Mehdiyevin yaxın qohumuna məxsus, kənd ərazisində yerləşən evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 20 çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.

.