Azərbaycanın 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində təşkilatın Daimi Nümayəndələr Şurasının bu il üzrə ilk iclası keçirilib.

Bu barədə Azərbaycanın İrandakı səfirliyi “Twitter“ səhifəsində paylaşım edib.

Qeyd olunub ki, iclas Tehran şəhərində baş tutub.

İƏT Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyib 

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində təbii sərvətlərin qanunsuz istismarını pisləyir.

Bu barədə təşkilatın yaydığı bəyantda qeyd olunur.

Bildirilib ki, Azərbaycanın təbii sərvətlərin qanunsuz istismarı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına ziddir.

“Ətraf mühitlə bağlı standartlara əməl olunmadan faydalı qazıntı yataqlarının istismarı beynəlxalq hüququn və Azərbaycan Respublikasının milli qanunvericiliyinin pozulmasıdır. Bu ciddi narahatlıq yaradır. Baş Katiblik bütün mübahisəli məsələləri dialoq yolu ilə həll etməyə çağırır və Azərbaycanın bu istiqamətdə səylərini yüksək qiymətləndirir”, - deyə bəyanatda vurğulanıb.

.