“146 vaksin namizədindən 27-ci birinci, 14-ü ikinci, 9-cu üçüncü kliniki sınaq fazasındadır”.
Bunu bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olumuş iclasında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. 
R. Bayramlı deyib ki, ölkəmizdə vaksinlərin istehsalı və xaricdən vaksinlərin alınması istiqamətləri müzakirə olunur.

TƏBİB sədri: “Vaksinlərin əldə edilməsi ilə bağlı qarşıda 2 yol var”

“Xəstəliyin daha ciddi həll yolu olan, ölkəmizin vaksinasiyanı daha erkən tətbiq edən ölkələr sırasında olması ilə bağlı tədbirlər görülür”.
Bunu Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olumuş iclasında TƏBİB-in sədri Ramin Byaramlı deyib. O bildirib ki, vaksinlərin əldə edilməsi ilə bağlı qarşıda 2 yol var: “Bunlardan biri ikitərəfli danışıqların, digəri isə çoxtərəfli platformada danışıqların aparılmasıdır. Hər iki istiqamətdə tədbirlər görülür”. 
Onun sözlərinə görə, Azərbaycan höküməti bütün istiqamətlərdə danışıqları davam etdirir, o cümlədən, GAVI (Global Alliance for Vaccines) ilə belə bir saziş imzlanıb: “Sazişə görə öhdəliklər var, müəyyən ödənişlər edilməlidir. Bu baxımdan hökumətimizin qərarı ilə Prezident tərəfindən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna müraciət ediləcək. Şuranın müvafiq qərarı ilə hökumət tərəfindən COVAX təsisatı çərçivəsində vaksinlərin ölkəyə gətirilməsi istiqamətində müakirə olunacaq. COVAX-ın portfelinə daxil olan 3-cü tədqiqat fazasında olan vaksinlər var”.
O qeyd edib ki, dünyada tam sınaqdan çıxmış vaksin yoxdur: “Sınaq ərəfəsində olan vaksinlər var. Təxminən 9 şirkətin vaksini bu mərhələdədir. Onlardan hansının təhlükəsizliyi beynəlxalq qurumlar tərəfindən təsdiqlənsə, hansısa ölkələrdə tətbiqinə icazə verilsə, dövlətimiz də belə ölkələrdən biri olacaq. Bu istiqamətdə həm elm adamlarımız, həm də müvafiq qurumlarımız lazımi addımları atır”.

Ramin Bayramlı: “Əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır”

“Hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20%-nə peyvəndlərin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. İstifadə oluna biləcək vaksinlər üzrə vacib tələblərdən biri vaksinin effektiv və təhlükəsiz olmasıdır”.
Bunu bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olunmuş iclasda TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, hazırda seroloji testlər aparılır: “ÜST-ün də tövsiyəsinə əsasən, ilkin olaraq əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır”.

Ramin Bayramlı: "Vaksinin kimlərə vurulması ilə bağlı strateji yol xəritəsi hazırlanır"

"Vaksinasiyadan əldə etmək istədiyimiz nəticə xəstəliyin epidemiyasının aradan qalxmasıdır”.
Bunu Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olumuş iclasında TƏBİB-in sədri Ramin Bayramlı deyib. O bildirib ki, yoluxmanın aradan qalxması qlobal gözləntidir:
“Vaksinin kimlərə vurulması ilə bağlı strateji yol xəritəsi hazırlanır. Bizim elmi qurumlar, Səhiyyə Nazirliyi bu istiqamətdə öz işlərini görürlər. Təbii ki, tədqiqatlar başa çatmalıdır ki, vaksinlərin kimə vurulması göstəriş, kimə vurulmasının əks-göstəriş olduğu bəlli olsun. Bu barədə vaksinasiya strategiyasında yer alacaq. Vaksinasiya başa çatanda, vaksinasiya strategiyamız da tam formalaşmış olacaq".

Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"

“Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib”.
Bunu bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olumuş iclasında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. 
R. Bayramlı deyib ki, hazırda ölkəmizdə epidemioloji situasiya sabitdir: “Hazırda virusa qarşı dərman əldə olunmayıb. Virus əleyhinə  dərmanların tapılması uzun müddət tələb edir. Vaksinlərlə bağlı tədqiqatlara gəlincə, son mərhələyə gələn tədqiqatlar var. 18 sentyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Sazişə görə, ÜST (Ümümdünya Səhiyyə Təşkilatı) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvədlə təmin olunacaq. GAVI təşkilatının əsası 2000-ci ildə qoyulub. Təşkilatın mərkəzi ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.
Çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə, GAVI, CEPI və ÜST tərəfindən COVAX platforması yaradılıb. COVAX təşkilatı, geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitələrilə qiymətləndirərək  təhlükəsiz COVID-19 peyvənd  təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır”.
R. Bayramlı qeyd edib ki, artıq imzalanmış sazişlə əlaqədar Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasına Fonddan vaksinlərin alınması üçün vəsait ayrılmasına dair müraciət ediləcək: “İndiyə qədər koronavirusla mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılıb. İndi isə hökumət vaksinlə bağlı imzalanmış sazişlə əlaqədar vəsaitin  Fondun vəsaiti hesabına alınmasını məqbul sayıb və Fondun İctimai Şurasına da bununla bağlı müraciət ediləcək”.

 

.