"Koronavirusdan sağalan xəstələrin donor kimi qan verməsi könüllü prosesdir".
Вunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, koronavirusdan sağalan xəstələrin qanından plazma kimi xəstə insanların müalicəsi üçün istifadə edilir: "Ancaq hər sağalmış xəstənin qanından hər xəstə üçün istifadə etmək mümkün deyil. Amma kimsə gözləməsin ki, hansısa xəstənin vəziyyəti ağırlaşsın, sonra qan verək. Mən müraciət edirəm ki, qan verək. Bu gün xəstələrin sağalması üçün plazmaya çox ehtiyac var".


TƏBİB: Müəyyən məkanlar mərhələli şəkildə açıla bilər
"Bərbərxanaların və gözəllik salonlarının açılması ehtiyacdan idi".
Вunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
TƏBİB rəsmisi bildirib ki, çünki insanların bu xidmətlərdən yararlanmağa sosial ehtiyacı yaranmışdı: "Zərgərlik məmulatlarının satıldığı məkanların açılmasına düşünmürəm ki, kimsə bu qədər ehtiyac duysun. Ona görə də müəyyən məkanların açılması mərhələli şəkildə reallaşa bilər".

.