 
                            “Türkiyəyə uçuşlarla bağlı sərnişinlərindən sağlamlıq barədə tələb edilən arayışlar, testlərin aparılması TƏBİB-lə əlaqədar deyil”.
Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
O deyib ki, AZAL-ın tələb etdiyi sağlamlıq barədə arayışlar şirkətin müəyyənləşdirdiyi laboratoriyalardan alınacaq: “Bunu AZAL müəyyənləşdirir. Təbii ki, bunlar 4 aydır bu prosesdə iştirak edən və dövlət tərəfindən seçilmiş laboratoriyalardır”.
. 
                        
                        
 
                     
                    