Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Albaniya sərhədindən Albaniyanın Bilişte şəhərindəki ölçü stansiyasınadək 4 kilometrlik sahəsinin qazla doldurulması başlayıb.
Bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.
Qeyd olunur ki, bu boru kəmərinin sınaq prosesinin başlanğıc mərhələsidir:
“Birinci sahənin istismara verilməsindən sonra qaz növbəti həftə və aylarda boru kəmərinin Albaniya hissəsindəki digər sahələrinə də daxil olacaq”.
.