Pərəstişkarları alman supermodel, aktrisa və teleaparıcı Haydi Klumu açıq-saçıq fotolarını paylaşmaqdan imtina etməyə və qızına yol açmağa çağırıb.

Bu barədə “The Sun” xəbər yayıb.

Məlumata görə, 16 yaşlı Leni Klum özünün “Instagram” hesabında dünya şöhrətli fotoqraf Jon Rankin ilə etdiyi fotosessiyasından şəkillər paylaşıb. Bundan dərhal sonra anası Haydi tualet kağızından hazırlanmış paltarda açıq-saçıq paylaşım edib. Bu hal bir çoxlarının diqqətini çəkib.

Psixoterapevt Filip Hodson 47 yaşlı məşhur modelin bu hərəkətini onun qızının uğurlarına, gözəlliyinə və gəncliyinə olan qısqanclığı ilə əlaqələndirib:

“Özünüzün gözəl mini versiyasına (qızı) sahib olmaq çətin ola bilər. Ona güzgüdəki əksin kimi baxırsan və onda itirdiklərini görürsən”.

Hodson ananın qısqanclığı ilə əlaqədar olaraq uşaqda kompleks yarana biləcəyini vurğulayıb.

“O, özünü ləyaqətsiz hiss edə bilər”, - deyə həkim izah edib.

O da vurğulanır ki, istifadəçilərin çoxsaylı tənqidindən sonra model paylaşımı silib.

 

.