Süni qiymət artımı ilə bağlı mübarizəni gücləndirəcəyik.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

O qeyd edib ki, inflyasiya Azərbaycana idxal olunan inflyasiyadır.

“Bununla belə bazarda qiymətlərin monitorinqi aparılır. Süni qiymət artımı ilə mübarizə hökumətin əsas vəzifələrindən biridir”, - deyə Baş nazir əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

.