Milli Məclisin bu gün keçirilən plenar iclasında Şuşanın yaranmasının 270 illiyi ilə bağlı tədbir keçirilməsi təklif olunub.

Bu təkliflə Milli Məclisin deputatı Aqil Abbas çıxış edib.

Onun sözlərinə görə, Qarabağ xanlığının və Şuşanın tarixinə laqeydlik edilir:

“Bu il Şuşanın yaranmasının 270 illiyi tamam olur. Bu məsələ gündəmə gəlməlidir. Tariximizə qarşı bu qədər laqeydlik olmaz. Mən burada əyləşən deputat həmkarlarımı da bu məsələdə aktivlik göstərməyə çağırıram. Xahiş edirəm xanım Sədr siz də bu məsələni qaldırasınız”.

.