Sumqayıt şəhərində qadın intihar edib.

APA xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda, 52-ci binada qeydə alınıb.

Orta yaşlı qadın özünü 5-ci mərtəbədən atıb. O, hadisə yerində dünyasını dəyişib.

İntihar edən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisənin səbəbi məlum deyil.

Meyit aidiyyəti üzrə təhvil verilib.

.