Bu gün Sumqayıt şəhərində “Ford” markalı mikroavtobusun “DAF” markalı yük avtomobili ilə toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.

Bu barədə  Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Məlumata əsasən, xəsarət alanlardan 6 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 2-si reanimasiya şöbəsindədir, onların vəziyyəti ağırdır.

Bildirilib ki, digər şəxslər ilkin tibbi yardım göstəriləndən sonra onlar evə buraxılıb.

.