Sudanın paytaxtı Xartum şəhərinin cənubunun bombalanması nəticəsində 17 nəfər ölüb, 106 nəfər yaralanıb.

Məlumatı Sudan Tibb İşçilərinin Həmkarlar Təşkilatı yayıb.

Bildirilib ki, Xartumun cənubundakı Mayo rayonun bombalanması nəticəsində 17 nəfər ölüb, 36-sı ağır olmaqla 106 nəfər isə yaralanıb.

Məlumata görə, yaralıların sayı çox olduğundan bölgədə xəstəxana və həkim çatışmazlığı yaranıb

Həmçinin məlumatda iyunun 15-dək Sudan üzərindən uçuşların qadağan edildiyi bildirilib.

Qeyd edək ki, Sudanda silahlı qarşıdurma nəticəsində evlərini tərk edənlərin sayı 700 000-i keçib. Onlar məktəblərdə, inzibati binalarda yerləşdirilib.

Xatırladaq ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb. Toqquşmalar nəticəsində ölənlərin sayı 900-ə çatıb.

Bildirilib ki, hərbi əməliyyatlar nəticəsində indiyədək 4000-ə yaxın insan yaralanıb.

.