“Alyans ölkələrinin Ukraynaya silah tədarükü tezliklə atəşkəsə gətirib çıxaracaq".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, paradoks kimi səslənsə də, Ukraynaya hərbi dəstək sülhə aparan ən qısa yoldur.

Y.Stoltenberqin sözlərinə görə, Moskva başa düşməlidir ki, Ukraynada öz məqsədlərinə nail ola bilməyəcək.

O, eyni zamanda, Ukrayna ordusunun Rusiyadakı hərbi obyektlərə hücumlarını tamamilə qanuni hesab etdiyini açıq şəkildə bildirib: "Hər bir ölkənin özünü müdafiə etmək hüququ var. Eləcə də Ukraynanın”.

.