NATO-nun Baş katibi Yens Stoltenberq alyansın Yaponiyada ofis açmaq planlarını təsdiqləyib.

Stoltenberq bu barədə bu gün CNN telekanalına müsahibəsində bildirib.

Baş katib qeyd edib ki, təhlükəsizlik məsələsi qlobal xarakter alıb.

“Bəli, biz Tokioda NATO ofisinin açılmasını Yaponiya hökuməti ilə müzakirə edirik. NATO-nun tərəfdaş ölkələrdə bir neçə ofisi var və Yaponiya alyans üçün çox yaxın və vacib tərəfdaşdır”, - deyə Stoltenberq bildirib.

“Avropada baş verənlər Asiya üçün, Asiyada baş verənlər isə Avropa üçün vacibdir. Pekin Ukraynadakı hadisələri diqqətlə izləyir”, - deyə o əlavə edib.

Xatırladaq ki, bir müddət öncə Yaponiyanın “Nihon Keizai Shimbun“ (Nikkei) nəşri ölkədə NATO ofisinin açılması ilə bağlı aparılan danışıqlar barədə məlumat yayıb.

Nəşrin sözlərinə görə, alyansın Yaponiyadakı nümayəndəliyi müxtəlif məsələlər üzrə tərəflərin məsləhətləşmələri üçün nəzərdə tutulub.

.