NATO Baş katibi Yens Stoltenberq alyansın Ukrayna-Rusiya müharibəsində tərəf olmayacağını bildirib.

Bu barədə Stoltenberq "Die Welt" qəzetinə müsahibəsində deyib.

"NATO Ukraynadakı müharibədə tərəf olmayıb və olmayacaq. NATO-nun münaqişədə iştirak etməməsi alyansın Ukraynaya nə qoşun, nə də təyyarə göndərməməsi faktını sübut edir", - Stoltenberq bildirib.

Eyni zamanda o qeyd edib ki, Ukrayna BMT Nizamnaməsinə uyğun olaraq “özünü müdafiə etmək hüququna malikdir”, ona görə də NATO-nun ona dəstək vermək hüququ var.

.