
Bütün NATO ölkələri Ukraynanın təşkilata üzv olması ilə razılaşır.
Bunu “Der Spiegel”ə müsahibəsində NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, Alyansa üzv olan ölkələrin dövlət başçıları da əvvəlki sammitlərdə bu fikri təsdiqləyiblər.
“Lakin indiki halda ən vacib vəzifə hərbi münaqişədə Kiyevə kömək etməkdir”, - Stoltenberq vurğulayıb.
Münaqişə aparan ölkənin NATO-ya üzv olub-ola bilməsi ilə bağlı sualı cavablandıran Baş katib bununla bağlı masada müxtəlif təkliflərin olduğunu diqqətə çatdırıb.
.