Rusiyanın müdafiə naziri Sergey Şoyqunun əl işləri hərraca çıxarılıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Hərracın keçirilməsi təşəbbüsünün nazirə aid olduğu vurğulanıb.

Rusiya Coğrafiya Cəmiyyətinin meydançasında təşkil edilən hərracda generalın rəsm əsərləri və ağac oymaları təqdim olunub. Əsərlərin satışından 40 milyon rubl (təxminən 920 min manat) əldə edilib.  

Bu vəsaitin Konstantin Xabenskinin Xeyriyyə Fondunun himayəsində olan şəxslərə yardım məqsədilə xərclənəcəyi bildirilib.

.