Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın Mariupol şəhərinə səfər edib.

Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

Məlumata görə, helikopterlə Mariupola yollanan Şoyqu burada görülən işlərlə tanış olub. 

Naziri bu səfərdə müavini Timur İvanov müşayiət edib. 

Xatırladaq ki, Rusiya ordusu müharibə zamanı ötən ilin may ayında Mariupol şəhərinə nəzarəti ələ keçirib.

.