Şotlandiyanın birinci naziri Nikola Starcen Böyük Britaniyanın Baş naziri Boris Consona Şotlandiyada müstəqillik referendumunun keçirilməsi təklifi ilə bağlı məktub göndərib.

Bu barədə  ölkə hökuməti məlumat yayıb.

Nikola Starcen Britaniya hökumətinin başçısına yazdığı məktubda bildirib ki, onun kabinetinin hərəkətləri Birləşmiş Krallığın könüllü tərəfdaşlıq ideyasını şübhə altına alır.

O, 19 oktyabr 2023-cü ildə Böyük Britaniyadan müstəqillik üçün referendum keçirmək təklifini açıqlayıb.

.