Müharibəyə baxmayaraq Ukraynanın Avropa İttifaqına üzvlüyü sürətləndirilməyəcək.
BBC-in xəbərinə görə, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqa müraciətində deyib. O, vurğulayıb ki, Rusiyanın işğalına baxmayaraq Ukraynanın Aİ-yə daxil olmaq səyləri sürətləndirilə bilməz və bunun üçün qısa yol yoxdur.
Şolts Ukrayna üçün istisnaların edilməsinin ittifaqa üzv olmaq istəyən Balkan ölkələri üçün haqsızlıq ola biləcəyini deyib.
.