Almaniya Ukraynada sülhün əldə edilməsinə və qorunub saxlanmasına kömək etməyə hazırdır.

Bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda (parlament) çıxışı zamanı deyib.

Şolts həmçinin sülh prosesinin danışıqlar nəticəsində tez bir zamanda başlama şansının olmasına şübhə ilə yanaşdığını qeyd edib.

“Federal hökumət Ukraynaya sülhə nail olmaq üçün kömək edəcək, bu səbəbdən də biz rəsmi Kiyev və digər tərəfdaşlarımızla danışıqlar aparırıq”, - kansler vurğulayıb.

.