“Hazırda yayılan xəstəliyə antibiotikin heç bir faydası yoxdur”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, virusun müalicəsində hər hansı antibakterial dərmanın istifadəsi tövsiyə olunmur:

“Həkim müayinəsindən sonra antibiotik müalicəsi verilə bilər. İlkin olaraq xəstəliyə yoluxmuş insanlar bol maye qəbul etməlidirlər. Hərarət yüksək, əzələ ağrıları olarsa, hərarətsalıcı dərmanlardan istifadə etmək mütləqdir. Əgər 3 gün ərzində bu qrip keçməsə, həkim müayinəsində olmaq mütləqdir. Hər bir insan individiual olduğu üçün həkimə müraciət etməlidir”.

Həkim bildirib ki, yayılan əlamətlər təkcə qripə aid deyil: “Xəstəliyin koronavirus, influenza, yoxsa qrip olmasına burundan alınan testlə qərar verilməlidir”.

Vasif Əliyev qeyd edib ki, qripdən ağırlaşmalar da olur: “Vaxtında müdaxilə olunmazsa, bu xəstəlik daha da ağırlaşa bilər. Hansısa bakterial xəstəliyə, miningitə səbəb ola bilər. Risk qrupunda olan şəxslər influenza qripinə qarşı peyvəndlə yanaşı, bakterial pnevmaniya əleyhinə də peyvənd vurdurmalıdırlar”.

SN: Hamiləlik zamanı keçirilən qripin uşağa hansısa mənfi təsiri qeydə alınmayıb

Hamiləlik zamanı qrip, respirator virusların keçirilməsinin uşağa hansısa mənfi təsiri qeydə alınmayıb.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, hamilələr xəstəliyi ağır keçirirlər, çünki onların immuniteti aşağı olur:

“Ananın sağlamlığına hər hansı təhlükə varsa, bu zaman uşaq üçün də təhlükə yaranır. Amma virusun özünün dölə hər hansı mənfi təsiri qeydə alınmayıb. Peyvənd də məhz bunun üçündür. Xüsusilə qış mövsümünə yeni girdiyimiz zaman hamilə qadınlar qrip əleyhinə peyvənddən istifadə etməlidirlər. Peyvənd vurulanda xəstəlik əlamətləri görünmür”.

Həkim qeyd edib ki, ümumiyyətlə qripi evdə müalicə etməyə çalışan xəstələr nəticədə həkimlərə üz tuturlar, çünki vəziyyətləri ağırlaşır:

“Bəsit müalicə vasitələrindən istifadə etmək qripi sağaltmırsa, həkimsiz sistem, antibiotik müalicəsini gərəksiz yerə istifadə etməsinlər. Bu, sadəcə zaman itkisidir. Bu pasientə həm maddi olaraq, həm də sağlamlığı üçün zərərlidir. Belə olan halda həkimin xəstəni sağaltması üçün lazım olan müdaxiləsi də uzanır. Respirator infeksiyaların müalicəsində antibiotik istifadə etmirik. Sadəcə bol maye, aktiv həyat tərzi ilə bu virusdan sağala bilərik. 3 gün ərzində xəstəlik sağalmasa, bu zaman həkimə getsinlər”.

SN: Respirator infeksiyalar təkcə qrip deyil

“Respirator infeksiyalar bütün mövsümlərdə görünsə də, qışda artır”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, qışda insanlar daha çox qapalı məkanlarda olur və bir-birinə sıx təmas edirlır:

“Virus daşıyıcısı olan adamla təmas olanda xəstəlik bir nəfərdən digərinə ötürülür. Respirator infeksiyalar təkcə qrip deyil, influenza, koronavirus, rinovirus və digər viruslar hamısı respirator infeksiyalara səbəb olur”.

.