“Azərbaycandan Macarıstana ilk 100 milyon kubmetr təbii qaz 2023-cü ilin sonuna kimi nəql ediləcək”.

Bunu Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, gələcəkdə tədarük həcmi 1 milyard kubmetrə qədər artırılacaq.

Xatırladaq ki, daha əvvəl Peter Siyarto ölkəsinin Serbiya və Bolqarıstan arasında interkonnektor tamamlandıqdan sonra bu boru kəməri vasitəsilə Azərbaycandan əlavə həcmdə qaz əldə etməkdə maraqlı olduğunu bildirmişdi.

.