Şimali Koreya liderinin bacısı: ABŞ-ın Şimali Koreyanın Sakit okean üzərində raketini tutması müharibəyə bərabər olardı

Şimali Koreyanın sınaq məqsədli qitələrarası raketinin ABŞ tərəfindən vurulması cəhdi Pxenyan tərəfindən müharibə elanı kimi qəbul ediləcək.

Bu sözləri KXDR rəhbərinin bacısı Kim Yo Çjon deyib.

“Strateji silahlarımıza qarşı belə bir hərbi əməliyyat aparılarsa, bu, KXDR-ə qarşı açıq-aşkar müharibə elanı kimi qəbul ediləcək”, - deyə Şimali Koreya sözçüsü bəyanatında bildirib.

Onun sözlərinə görə, belə vəziyyətlərdə Pxenyan hərbçilərini hərəkətə gətirəcək.

Bundan əvvəl Cənubi Koreya KİV-i məlumat vermişdi ki, fevral ayında ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri Vaşinqtonun Şimali Koreyanın qitələrarası ballistik raketinin Sakit okeana buraxılacağı təqdirdə onu vuracağını bildirib.

.